Menyu

AZAL Novruz bayramı ərəfəsində Avropaya uçuşları artıracaq

Nərmin Qocamanlı
AZAL Novruz bayramı ərəfəsində Avropaya uçuşları artıracaq

Azərbaycanın milli aviadaşıyıcısı AZAL mart ayından, Novruz bayramı ərəfəsindən etibarən Avropaya yerinə yetirilən uçuşların tezliyini artırır.

"Operativ Media" xəbər verir ki, bu barədə  AZAL məlumat yayıb.

“Biletləri indi əldə edin və Avropanın maraqlı şəhərlərinə səyahət etmək imkanını qaçırmayın”, - məlumatda qeyd olunur.

Belə ki, aşağıdakı istiqamətlər üzrə reyslər qeyd olunan uçuş cədvəlinə uyğun olaraq həyata keçiriləcək:

- Barselona: çərşənbə axşamı, cümə axşamı, bazar günləri (14 martdan).

- Vyana: çərşənbə axşamı, cümə, şənbə günləri (16 martdan).

- Praqa: bazar ertəsi, cümə, şənbə günləri (16 martdan).

- Paris: çərşənbə axşamı, cümə, bazar günləri (17–29 mart), çərşənbə axşamı,

cümə axşamı, cümə, bazar günləri (31 martdan).

- Milan: bazar ertəsi, çərşənbə, cümə axşamı, şənbə, bazar günləri (17

martdan).

- London (Hitrou hava limanı): çərşənbə axşamı, cümə axşamı, şənbə günləri

(14 martdan).

- London (Qetvik hava limanı): çərşənbə, cümə, bazar günləri (17 martdan).

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə edə bilərsiniz.

Teqlər:

"AZAL Novruz bayram\u0131 \u0259r\u0259f\u0259sind\u0259 Avropaya u\u00e7u\u015flar\u0131 art\u0131racaq"

Əlaqəli Xəbərlər