Naxçıvanda ev alqı-satqı ofisində vətəndaşlara qarşı dələduzluq faktı aşkarlanıb
Naxçıvan polisi tərəfindən baş vermiş hüquqazidd əməllər törədən şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində təxirəsalınmaz əməliyyatlar davam etdirilir.
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində “Park AVM” ticarət mərkəzində yerləşən “Güvənli Əmlak” adlanan ev alqı-satqı ofisində çoxsaylı vətəndaşlara məxsus anket məlumatları aşkar olunub.
Aparılan araşdırmalar zamanı N.Məmmədovun sığorta şirkətində çalışdığı müddətdə vətəndaşlara onların evlərini sığortalamağı təklif etməklə məlumatlarını əldə etdiyi məlum olub
N.Məmmədov ifadəsində 2000-dən çox şəxsin məlumatlarını bu yollarla əldə etdiyini və ev alqı-satqı işində həmin məlumatlardan istifadə etdiyini etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir..
Daxili İşlər Nazirliyi Vətəndaşaları ayıq-sayıq olmağa işbazların şirnikləndirici təkliflərinə inanmamağa və onların qurbanına çevrilməmək üçün bu kimi detallara diqqət etməyə çağırır.