Menyu

Şirvan sakini narkotik dövriyyəsinə görə saxlanılıb

Nərmin Qocamanlı
Şirvan sakini narkotik dövriyyəsinə görə saxlanılıb

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər də narkotiklərə görə məhkum olunmuş Aydın Cəfərov saxlanılıb.

Onun yaşadığı ünvana keçirilən baxış zamanı satış məqsədilə sellofan və kağız bükümlərdə qablaşdırılmış müxtəlif çəkilərdə heroin və metamfetamin, çətənə bitkisi və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər