Menyu

Bakıda qadın güllə yarası alıb

Nərmin Qocamanlı
Bakıda qadın güllə yarası alıb

Yanvarın 16-da saat 23 radələrində Səbail rayonu ərazisində bir qadının odlu silahdan açılmış atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub.
Qadın xəstəxanaya yerləşdirilib.  

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, araşdırmalarla Bərdə rayon sakini Rəşad Əsədzadənin xuliqanlıq zəminində tüfəngdən atəş açaraq Abşeron rayon sakini olan qadının qol nahiyəsinə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. 

Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə R.Əsədzadə saxlanılıb. Ondan lüləsi kəsilmiş və nömrəsi silinmiş “İJ-16” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.

Teqlər:

"Bak\u0131da qad\u0131n g\u00fcll\u0259 yaras\u0131 al\u0131b"

Əlaqəli Xəbərlər