Menyu

"ASAN Xidmət" "Qafqazda ən yaxşı startap nəticələri" mükafatına layiq görülüb

Nərmin Qocamanlı
"ASAN Xidmət" "Qafqazda ən yaxşı startap nəticələri" mükafatına layiq görülüb

Azərbaycanın innovativ brendi "ASAN Xidmət" qlobal startap xəritəsini formalaşdıran mötəbər beynəlxalq təşkilat "StartupBlink" tərəfindən innovasiya ekosisteminin inkişafına və startaplara dəstək mexanizmlərinin təşviqinə görə "Qafqazda ən yaxşı startap nəticələri" mükafatına layiq görülüb.

"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz "X" hesabında bildirib.

O, bildirib ki, qlobal reytinqə görə, 2023-cü ildə ölkəmiz bu sahədə ən uğurlu 100 ölkə siyahısında 84-cü yerdə qərarlaşıb.

""ASAN Xidmət" heyətinə təbriklərimizi çatdırır və biznes mühitinin inkişafına verdiyi töhfələrə görə təşəkkürümüzü bildiririk", - nazir qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər