Menyu

Xızıda yarım kiloqrama yaxın narkotik və 5 ədəd silah aşkar edilib

Redaksiya
Xızıda yarım kiloqrama yaxın narkotik və 5 ədəd silah aşkar edilib
1 dəq oxu

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  narkotik vasitələrin əldə etməsi və saxlaması və daşımasında şübhəli bilinən rayon sakini Səfər Səfərov saxlanılıb.
Həmin şəxsin üzərindən yarım kiloqrama yaxın (460 qram) narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Xızı  RPŞ-də  Səfər Səfərovun barəsində cinayət işi başlanılıb.

Həmçinin, şöbə əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. Qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən 5 ədəd tüfəng təhvil götürülüb.

Əlaqəli Xəbərlər