Menyu

Ötən il 5014 nəfər aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərilib

Nərmin Qocamanlı
Ötən il 5014 nəfər aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərilib

2023-cü il ərzində Vəkillər Kollegiyası tərəfindən bütün ölkə üzrə 5014 nəfər aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının 2023-cü ilə aid hesabatında bildirilib.

Məlumata görə, bunlardan 74 pulsuz hüquqi yardım aksiyası zamanı 2510 aztəminatlı şəxsə pulsuz hüquqi yardımın göstərilməsi təmin edilib.

2023-cü ildə vəkil qurumlarına daxil olmuş müraciətlər üzrə 2493 nəfərə pulsuz hüquqi yardım göstərilib.

Həmçinin 11 şəhid ailəsi və qazi müraciəti qeydiyyata alınıb, onlara pulsuz hüquqi yardımın göstərilməsi təmin edilib. 

 

Teqlər:

"\u00d6t\u0259n il 5014 n\u0259f\u0259r azt\u0259minatl\u0131 \u015f\u0259xs\u0259 pulsuz h\u00fcquqi yard\u0131m g\u00f6st\u0259rilib"

Əlaqəli Xəbərlər