Məktəblərdə xarici dili niyə öyrənmək olmur?

Nərmin Qocamanlı
Məktəblərdə xarici dili niyə öyrənmək olmur?

Məktəblərdə xarici dil dərsləri tədris olunur. Buna baxmayaraq çox vaxt valideynlər övladlarını əlavə hazırlıqlara və yaxud kurslara göndərirlər. Bəs nə üçün məktəblərdə keçirilən xarici dil dərsləri şagirdləri qane etmir ki, onlar əlavə dərs almağa ehtiyac duyurlar?

Mövzu ilə bağlı təhsil eksperti Adil Vəliyev "Operativ Media"ya bildirib ki, bu nüans təkcə xarici dil dərsləri üçün deyil, digər fənlər üçün də keçərlidir.

Onun fikrincə, burada əsas səbəb siniflərdə şagird sayının çoxluğudur:

"Təbii ki, bir sinifdə 30-35 uşaq varsa, bu vaxt müəllimin  onlara hansısa dili öyrətməsi üçün kifayət qədər azdır. Buna görə də müəllim şagirdlə kifayət qədər maraqlana bilmir. həm onlara yazma, dinləmə, danışmanın heç birini tam şəkildə öyrədə bilmir. Belə olduqda valideyn məcbur olur ki, övladını hazırlığa göndərsin. Çünki kurslarda, yaxud repetitotlarda qruplar az olur və müəllim uşağa öyrədə bilir".

Digər xəbərlər