Menyu

Sabah hava necə olacaq?

Nərmin Qocamanlı
Sabah hava necə olacaq?

Azərbaycanda yanvarın 18-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 3-5°, gündüz 6-9° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə bəzi qərb rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2-7° isti olacağı ehtimal edilir.

Gecə və səhər dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər