Menyu

DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Nərmin Qocamanlı
DYP hava şəraiti ilə bağlı  hərəkət iştirakçılarına müraciət edib

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, hazırda Abşeron yarımadası da daxil olmaqla bir sıra bölgələrdə müşahidə olunan küləkli havanın axşamadək davam edəcəyi, arabir güclənəciyi gözlənilir.

Baş DYP İdarəsi küləkli havanın bir neçə gün əvvəl yağan qarın yollarda yaratdığı əlverişsiz şəraitə mənfi təsirini də nəzərə alaraq, hərəkət iştirakçılarına diqqətli olmağı, axşam saatlarında yolların buz bağlama ehtimalını unutmamağı, nəqliyyat vasitələrini sürüşmə, uçulma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlamağı, park edərkən qapalı məkanlara üstünlük verməyi, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücülərinə daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməyi tövsiyə edir. ​ ​

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər