Menyu

Bakıda ödəmə terminalından pul oğurlayanlar saxlanılıblar

Əziz Əzizli
Bakıda ödəmə terminalından pul oğurlayanlar saxlanılıblar

Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən marketlərdən birinin qarşısında quraşdırılan ödəmə terminalından 6 999 manat oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətindən "Operativ Media" verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi və Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən Astara rayon sakini, 1995-ci il təvəllüdlü Asim Əsədli və Masallı rayon sakini, 1994-cü il təvəllüdlü Xəyal Məmmədov saxlanılıblar.

Faktla bağlı Xəzər RPİ-də Cinayət İşi başlanılıb istintaq tədbirləri davam etdirilir. A.Əsədli və X.Məmmədovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.

Teqlər:

"Bak\u0131da \u00f6d\u0259m\u0259 terminal\u0131ndan pul o\u011furlayanlar saxlan\u0131l\u0131blar"

Əlaqəli Xəbərlər