Menyu

Ötən gün polis əməkdaşları 13 kiloqrama yaxın narkotik vasitə aşkar ediblər

Nərmin Qocamanlı
Ötən gün polis əməkdaşları 13 kiloqrama yaxın narkotik vasitə aşkar ediblər
1 dəq oxu

Yanvarın 17-də polis əməkdaşlarının respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 12,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3 kiloqramdan artıq heroin, 8,3 kiloqramdan çox marixuana, 1 kiloqramdan çox metamfetamin və 620 ədəd metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Əlaqəli Xəbərlər