Menyu

FHN Sumqayıt Dövlət Texniki Kollecinin korpusunda yanğınla bağlı məlumat yayıb

Nərmin Qocamanlı
FHN Sumqayıt Dövlət Texniki Kollecinin korpusunda yanğınla bağlı məlumat yayıb

Xəbər verildiyi kimi, Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən Sumqayıt Dövlət Texniki Kollecinin korpusunda baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.

Nazirlikdən "Operativ Media"ya verilən məlumata görə, yanğın nəticəsində hər mərtəbəsi 512m² olmaqla ümumi sahəsi 1024m² olan ikimərtəbəli binanın 2-ci mərtəbəsində 6 otağın yanar konstruksiyaları 200m² sahədə və dam örtüyünün yanar konstruksiyaları yanıb.

Binanın böyük hissəsi, bitişik olan korpusu və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Təhlükəsizlik tədbirləri çərçivəsində 8 nəfər sakinin təxliyəsi həyata keçirilib.

Teqlər:

"FHN Sumqay\u0131t D\u00f6vl\u0259t Texniki Kollecinin korpusunda yan\u011f\u0131nla ba\u011fl\u0131 m\u0259lumat yay\u0131b"

Əlaqəli Xəbərlər