Menyu

Füzuliyə qayıdan daha 30 ailəyə evlərinin açarı təqdim olunub

Nərmin Qocamanlı
Füzuliyə qayıdan daha 30 ailəyə evlərinin açarı təqdim olunub

Bu gün Füzuliyə qayıdan keçmiş məcburi köçkün ailələrə (30 ailə) mənzillərinin açarları təqdim olunub.

"Operativ Media" xəbər verir ki, Füzuliyə qayıdan köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Ailələr qarşılandıqdan sonra mənzillərin açarları təqdim edilib. Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları və digər şəxslər iştirak edib.

Bununla da Füzuli şəhərində 1519 nəfərin (410 ailə) daimi məskunlaşması təmin olunub.

Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər