23 Yanvar 2024, 17:02
DOST mərkəzlərində 702 min vətəndaşa xidmət göstərilib
DOST mərkəzlərində 702 min vətəndaşa xidmət göstərilib şəkil
DOST mərkəzlərində 702 min vətəndaşa xidmət göstərilib

2023-cü il ərzində DOST mərkəzlərində 702 min vətəndaşa xidmət göstərilib.

ƏƏSMN-dən "Operativ Media"ya verilən məlumata görə, DOST xidmətlərindən vətəndaşların məmnunluq səviyyəsi 97,7 faiz, orta xidmət müddəti isə 7 dəqiqə 5 saniyə təşkil edib.

DOST mərkəzləri şəbəkəsinin genişləndirilməsi istiqamətində növbəti addım olaraq 2023-cü il avqustun 7-də Bərdədə Qarabağ Regional DOST mərkəzinin açılışı olub. Beləliklə, DOST mərkəzlərinin sayı 7-yə çatıb.

Həmçinin ötən ilin noyabrında İsmayıllıda əlilliyi olan şəxslər və digər həssas qrupların yaradıcı potensialının inkişafına dəstək məqsədi daşıyan “DOST EVİ”nin açılışı olub.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əsasında 159 sosial xidmət “bir pəncərə”dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş rahatlığı və məmnunluğuna uyğun təqdim olunur.

“Könüllü DOST” proqramına isə ötən il 25,6 mindən çox müraciət olub və proqrama daha 1520 nəfər cəlb edilib.

Son xəbərlər
Rəsmi Ankara İsrailin İrana endirdiyi zərbələri pisləyib
İsrailin İrana hücumu nəticəsində neft qiymətləri 7 faizdən çox artıb
Azərbaycan XİN: İsrailin İrana qarşı keçirdiyi hərbi əməliyyatlardan narahatıq
Milli Məclis Prezident və Birinci vitse-prezidentə təbrik məktubu ünvanlayıb
Ağdamda insana məxsus olması ehtimal edilən sümük fraqmentləri şkar edilib
İsrailin İranın şərqindəki hücumları nəticəsində ölənlərin sayı 3-ə çatıb
Prezident: Azərbaycanın səhiyyə sistemi yüksək hazırlıqlı kadr potensialına malikdir
Shafaq News: 150-dən çox İran PUA-sı İraq hava sərhədindən keçir