Masazırda sürücüyə qarşı quldurluq edilib
Nərmin Qocamanlı
Masazır qəsəbəsi ərazisində “Toyota” markalı avtomobildə 2 sərnişinin sürücünü kəsici alətlə hədələyərək quldurluq yolu ilə pulunu talaması barədə polisə məlumat daxil olub.
"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən Neftçala rayon sakini Samir Əmrahov və Cəlilabad rayon sakini Sakit Əkbərov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net