Menyu

Metroda halı pisləşən sərnişin vəfat edib

Redaksiya
Metroda halı pisləşən sərnişin vəfat edib

"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatarda sərnişinin halı pisləşdiyi üçün maşinistə daxil olan məlumat əsasında dərhal tədbirlər görülüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Bakı Metropolitenin Mətbuat xidməti məlumat yayıb.

Dispetçerin müvafiq tapşırığına uyğun olaraq "Qara Qarayev" stansiyasında sərnişin qarşılanıb. Təcili tibbi yardım xidməti çağırılıb. İlkin ehtimalla 60-65 yaş aralığında olan kişi sərnişinə ilkin yardım göstərilib. Təcili yardım briqadası gələnə qədər sərnişin vəfat edib.
Allah rəhmət eləsin.

Teqlər:

"Metroda hal\u0131 pisl\u0259\u015f\u0259n s\u0259rni\u015fin v\u0259fat edib"

Əlaqəli Xəbərlər