Menyu

Xaçmazda avtomobil qaçıran yeniyetmələr saxlanılıb

Nərmin Qocamanlı
Xaçmazda avtomobil qaçıran yeniyetmələr saxlanılıb
1 dəq oxu

Yanvarın 23-də Xaçmaz rayonunun Barlı kəndi ərazisindən “Hyundai” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Quba və Neftçala rayon sakinləri olan iki yeniyetmə avtomobillə saxlanılıblar.

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər