"Bakı şəhərinin mobillik planı hələ yoxdur" - Ərşad Hüseynov
Nərmin Qocamanlı
"“Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması Qaydası” 2022-ci ildə Nazirlər Kabineti tərəfindən təsdiqlənib. Orada da qeyd olunur ki, istənilən şəhərin Baş planından sonra həmin şəhərin mobillik planı da olmalıdır".
"Operativ Media" xəbər verir ki, bu barədə “Müstəqil Nəqliyyatçılar” İctimai Birliyinin sədri, hüquqşünas Ərşad Hüseynov yol hərəkəti təhlükəsizliyi haqqında mətbuat konfransında bildirib:
"Bu yaxınlarda Bakının Baş planı təsdiqlənsə də mobillik planı hələ yoxdur. Şəhərin nəqliyyat problemlərinin detalları mobillik planında göstərilir", - o, qeyd edib".