Menyu

Nərimanovda bir nəfərin 25.000 manat pulu oğurlanıb

Nərmin Qocamanlı
Nərimanovda bir nəfərin 25.000 manat pulu oğurlanıb
1 dəq oxu

Yanvarın 25-də Nərimanov rayonu ərazisində bir nəfərin 25.000 manat pulunun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. 

"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Nərimanov RPİ 17-ci Polis Şöbəsi  əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Ağstafa rayon sakini Elfaq Əliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər