Pərviz Şahbazov Astarada qəbul keçirib

Nərmin Qocamanlı
Pərviz Şahbazov Astarada qəbul keçirib

Bu gün energetika naziri Pərviz Şahbazov Astara rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

"Operativ Media" Energetika Nazirliyinə istinadən xəbər verir ki, qəbulda vətəndaşların elektrik enerjisi şəbəkəsinə qoşulma, elektrik enerjisi verilişinin keyfiyyəti, qaz təchizatı, qaz xətlərinin yenilənməsi, borc və cərimə, işlə təminat və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Astara, Lənkəran və Lerik rayonlarından olan 26 vətəndaş iştirak edib.

Digər xəbərlər