Qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Nərmin Qocamanlı
Azərbaycanın rayonlarında yanvarın 27-si səhər qərb rayonlarından başlayaraq 30-dək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Qarabağ və Şərqi-Zəngəzur, Naxçıvan MR, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar bölgəsində yağıntıların intensivləşəcəyi ehtimalı var.
Yanvarın 28-i gündüz yağıntıda fasilə olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.
Gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlaması ehtimalı var.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net