Menyu

Tovuz sakinində silah aşkar edilib

Nərmin Qocamanlı
Tovuz sakinində silah aşkar edilib
1 dəq oxu

Tovuz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Nuru Tağıyev saxlanılaraq RPŞ-yə gətirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, şöbədə şübhəli şəxsin üzərindən 1 ədəd atəşə yararlı, “EAGLE” markalı tapança-pulemyot, 1 ədəd həmin silaha aid daraq və 3 ədəd 9 mm-lik patron aşkar edilərək götürülüb.

Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Əlaqəli Xəbərlər