Bakıda sərnişin avtobusları qəza törədib, xeyli sayda yaralılar var
Bakının Yasamal rayonunda iki sərnişin avtobusu toqquşub.
"Operativ Media" APA-ya istinadən xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində baş verib.
"Xaliq Faiqoğlu" MMC-yə məxsus sərnişin avtobusu metronun 20 yanvar stansiyası istiqamətində hərəkətdə olarkən eyni istiqamətə gedən 194 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində 6 nəfərin xəsarət aldığı bildirilir.
Hadisə yerinə 3 Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin (TTTYX) avtomobili və canlı briqadası cəlb edilib.
Teqlər:
"Bak\u0131da s\u0259rni\u015fin avtobuslar\u0131 q\u0259za t\u00f6r\u0259dib xeyli sayda yaral\u0131lar var"