Otun qiymətinin ucuzlaşması ət qiymətlərinə təsir edəcəkmi?
Nərmin Qocamanlı
Bölgələrdə 1 bağlama otun qiyməti 2 dəfəyə yaxın ucuzlaşıb. Bərdə və Şəkidən ötən ilin may ayında quru yonca otunun bağlamalarını minimum 7 manat 50 qəpiyə almaq mümükün idisə, hazırda bu qiymətlər 2.50-3 manat arasında dəyişir.
Bəs bu ətin qiymətinə təsir edə bilərmi?
“Operativ Media” ya açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, heyvanlarının yem rasionunun əsasını quru ot təşkil etsə də, ət qiymətlərinə ciddi təsir olacağı ehtimal olunmur:
“Ətin bahalaşmasının əsas səbəbi saxlanan heyvan sayı ilə əlaqədardır. Saxlanılan heyvan sayı isə ciddi azalıb. Xüsusilə qoyun və keçi sayında 2017-ci illə müqayisədə təqribən 17 faiz azalma müşahidə olunur. Əgər 2016-ci ildə ölkədə 2 milyon 700 min baş mal-qara saxlanırdısa, indi bu rəqəm 7.2 faiz azalaraq 2 milyon beş yüz min olub. Tələb təklifi üstələdiyinə görə, yaxın vaxtlarda ətin qiymətində ucuzlaşma gözlənilmir”.