"Tamstore" işə qəbulu davam etdirir
Redaksiya
“Tamstore” marketlər şəbəkəsi yeni açılacaq və mövcud filialları üçün işçi qəbulunu davam etdirir. Filiallarda mağaza heyətinin tam formalaşdırılması üçün meyvəçi, satıcı, kassir, fəhlə, qəssab, mühafizəçi, paketləyici vakansiyaları üzrə mayın 31-də “Karyera Günü” keçiriləcək.
Müsahibədən uğurla keçmiş namizədlər Bakı şəhərinin müxtəlif yerlərində yerləşən yeni və mövcud filiallarda işlə təmin olunacaqlar.
- İş qrafiki 8 saat və növbəlidir
- Nahar şirkət tərəfindən təmin ediləcək
- Mühafizə vəzifəsi üzrə təcrübə tələb olunur.
- Digər vəzifələr üzrə təcrübə tələb olunmur.
- Şəxsiyyət vəsiqəsi və bəy namizədlər üçün hərbi biletin təqdim edilməsi mütləqdir.
Ünvan: “Avrora” MMC-nin baş ofisi, Nərimanov rayonu, Aşıq Molla Cümə 46C
Tarix: 31 May
Saat: 10:00-16:00
Əlaqə: (099) 200-15-34, (099) 200-15-72, (099) 200-15-02
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net