http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Şəhid anasının sosial mediada yayılan müraciəti araşdırılıb

30 May 2024 , 16:42
Şəhid anasının sosial mediada yayılan müraciəti araşdırılıb

Tərtər rayonunun Səhləbad kənd sakini şəhid anası Salahova Gülnarə İmran qızının müraciəti paylaşılıb.

"Operativ Media" məsələ ilə bağlı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

Qeyd olunub ki, yayılan məlumatlar həqiqəti əks etdirmir və videoçəkiliş köhnə tarixə aiddir:

"Bildiririk ki, şəhid anası həmin paylaşımla bağlı rayon icra hakimiyyəti ilə özü əlaqə saxlayaraq bildirib ki, onun bu paylaşımdan xəbəri yoxdur, keçmişdə olan çəkilişi yenidən paylaşaraq ondan icra başçısına qarşı “qarayaxma” kampaniyasında istifadə etmək istəyirlər".

Məlumat üçün bildiririk ki, şəhid Ağayev İntiqam Hüseyn oğlu 44 günlük Vətən müharibəsi şəhididir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunnmasına görə” və ”Laçının azad olunmasına görə” medalları ilə təltif olunub. Şəhid anası rayon icra hakimiyyəti tərəfindən mənzil növbəsinə götürülüb, ona 2100 manat maddi yardım edilib, şəhid ailəsi kimi 1 hektar əkin sahəsi ilə təmin olunub, 150 manat dəyərində geyim və bayramlarda bayram sovqatı ilə təmin olunub, yaşadıqları küçəyə çınqıl tökülərək səliqəyə salınıb. Əlavə olarsaq bildiririk ki, Səhləbad kənd sakini şəhid anası Salahova Gülnarə İmran qızı bütün şəhid ailələri kimi dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunub. Ona 11000 manat sığorta haqqı, Heydər Əliyev Fondu tərəfindən 10000 manat, SHXÇDX tərəfindən 3000 manat, “YAŞAT” fondu tərəfindən 10000 manat ödənilib, yaşadığı evdə “AZ GRAFT” tikinti şirkəti tərəfindən 9000 manatlıq təmir işləri aparılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maldarlıq sahəsi üzrə aktivlərlə təmin olunub.

Faktlardan da göründüyü kimi şəhid anasının bütün ehtiyacları təmin edilib.

OXŞAR XƏBƏRLƏR
Tərtərdə 32 yaşlı kişi öldürülüb

Tərtərdə 32 yaşlı kişi öldürülüb

Bakıda 18 yaşlı gənc qətlə yetirilib

Bakıda 18 yaşlı gənc qətlə yetirilib

Su hövzələrində təhlükəsizliklə bağlı tədbir keçirilib

Su hövzələrində təhlükəsizliklə bağlı tədbir keçirilib

XƏBƏR LENTİ
  • 11:47

    “Azərişıq” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
  • 11:35

    Bərdədə 22 kiloqram kultivasiya olunaraq yetişdirilən çətənə kolu aşkarlanıb
  • 11:13

    Azərbaycan nefti bahalaşıb
  • 11:09

    İlham Əliyev Böyük Britaniya kralını təbrik edib
    İlham Əliyev Böyük Britaniya kralını təbrik edib
  • 11:08

    Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib
  • 11:02

    Dələduzluq edən 12 nəfər saxlanılıb
  • 10:41

    Ötən gün 66 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
  • 10:27

    Bayram günlərində Dövlət Yol Polisi gücləndirilmiş iş rejimində xidmət aparacaq
Menyu