03 İyul 2024, 13:16
"WhatsApp"ın yeni versiyasında süni intellektlə bağlı yenilik aktivləşib

Android smartfonlar üçün "WhatsApp"ın yeni beta versiyasında süni intellektdən istifadə edərək avatarlar yaratmağa imkan verən funksiya aktivləşdirilib. İstifadəçilər bir dəfə öz fotolarını yükləyəcəklər, sonra isə proqram avatar yaradarkən fon və digər detalları müstəqil şəkildə dəyişə biləcək.
"Operativ Media" xəbər verir ki, bu barədə "WaBetaInfo" (WBI) məlumat yayıb.
Bu şəkillər təkcə “WhatsApp” üçün deyil, həm də digər ani mesajlaşma proqramlarında və sosial şəbəkələrdə istifadə oluna bilər. Bu funksiyanın iOS istifadəçilərinə nə vaxt təqdim ediləcəyi hələlik məlum deyil. Android smartfonları olan geniş auditoriya üçün bu seçim yeniləmənin növbəti ictimai versiyasının buraxılması ilə görünəcək.