11 İyul 2024, 17:05
Hərbi hissədə qanvermə aksiyası keçirilib
Hərbi hissədə qanvermə aksiyası keçirilib şəkil
Hərbi hissədə qanvermə aksiyası keçirilib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Hərbi Hava Qüvvələrinin "N" hərbi hissəsində könüllü qanvermə aksiyası təşkil olunub.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı yaradılması təşəbbüsü ilə keçirilən qanvermə aksiyasında hərbi hissənin şəxsi heyəti iştirak edib.  

Qanvermə aksiyasında Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının xüsusi tibb briqadasının həkim-tibb heyəti tərəfindən donorların sağlamlığı yoxlanıldıqdan sonra onlardan qan götürülüb.

Qeyd edək ki, yığılan qan ehtiyatı yoxlanıldıqdan və sertifikatlaşdırıldıqdan sonra istifadə olunması məqsədilə Respublika Talassemiya Mərkəzinə təhvil veriləcək.

Son xəbərlər
Sabah hava necə olacaq?
Lionel Messi ilkə imza atıb
Son 6 ay ərzində 40 bağça direktoru işdən çıxarılıb
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir
Pakistanın hüquq və ədliyyə nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir
Prezident İlham Əliyev: Azərbaycan mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlığa böyük önəm verir
Emin Əmrullayev rus bölmələrinin bağlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib
Azərbaycanın stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcəklər