http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Dövlət-biznes formatında texnologiya və innovasiyalar sahəsində əməkdaşlıq müzakirə olunub

19 İyul 2024 , 19:54
Dövlət-biznes formatında texnologiya və innovasiyalar sahəsində əməkdaşlıq müzakirə olunub

Bu gün Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Texnologiya və innovasiyalar” işçi qrupunun növbəti iclası keçirilib.

"Operativ Media" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, iclasda Komissiya Katibliyinin rəhbərliyi, işçi qrupun rəhbəri və üzvləri, özəl sektor iştirakçıları və media nümayəndələri iştirak ediblər.

Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev açılış çıxışı edərək ölkənin Qlobal İnnovasiya İndeksindəki göstəricilərinin yaxşılaşdırılmasında işçi qrupun fəaliyyətinin mühüm rol oynadığını qeyd edib. Bu istiqamətdə həm işçi qrup daxilində, həm də digər qrup və altqruplarla əməkdaşlığın və kommunikasiyanın davamlılığının vacibliyini vurğulayıb.

İşçi qrupun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov bildirib ki, bu ilin birinci yarımili üzrə icra müddətləri yaxınlaşan və ya bitən tədbirlərin statusları barədə işçi qrupu çərçivəsində kommunikasiya davamlı olaraq aparılıb. S. Məmmədov həmçinin tədbirlərin tam və vaxtında icrası məqsədilə hər bir qurum tərəfindən zəruri tədbirlərin görülməsinin yüksək qiymətləndirildiyini qeyd edib.

O, işçi qrupun iclasında dövlət qurumlarının və özəl sektor nümayəndələrinin iştirak etməsinin növbəti yarımil üzrə hədəflərin müəyyənləşdirilməsinə töhfə verdiyini vurğulayıb.

Daha sonra, iclasın gündəliyinə uyğun olaraq, dövlət qurumlarının nümayəndələri tərəfindən işçi qrupun 2024-cü ilin birinci yarımili üzrə görülmüş işlərin hesabatları və növbəti yarımil üzrə qarşıya qoyulmuş hədəflər müzakirə edilib.

Həmçinin özəl sektor nümayəndələrinin sualları və təklifləri dinlənilib.

Tədbirdə qonaq qismində “Caspian Energy Club”ın rəhbəri və İnformasiya Texnologiyaları üzrə üzvləri iştirak edib, dövlət-biznes dialoqu formatında texnologiya və innovasiyalar sahəsində mühüm yeniliklər və əməkdaşlıq imkanları müzakirə olunub.

İclasda səsləndirilmiş fikirlər əsasında işçi qrupu tərəfindən müvafiq təkliflər verilib və qərarlar qəbul edilib.

OXŞAR XƏBƏRLƏR
“AzPost Mobile” tətbiqi istifadəyə verilib

“AzPost Mobile” tətbiqi istifadəyə verilib

AQTA-da Türkiyədən olan mütəxəssislər və FAO-nun nümayəndələri ilə görüş keçirilib

AQTA-da Türkiyədən olan mütəxəssislər və FAO-nun nümayəndələri ilə görüş keçirilib

Vətəndaşlar şikayətçidir: "İnternetin qiyməti artıb, amma sürəti yox" - RƏSMİ CAVAB

Vətəndaşlar şikayətçidir: "İnternetin qiyməti artıb, amma sürəti yox" - RƏSMİ CAVAB

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu