Ana səhifə / Slayder / Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA 21.10.2024, 19:05 Əsəd Abbaslı Ölkə ərazisində oktyabrın 21-i saat 18:00-a olan məlumata əsasən, yağıntılı hava şəraiti davam edir. "Operativ Media" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Şahbuz, Ordubad, Gədəbəy, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Lənkəran, Astara, Lerik, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış, Gədəbəydə isə sulu qar yağır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 13, Naxçıvan MR-da və Aran rayonlarında 16, dağlıq rayonlarda 8 dərəcəyədək isti qeydə alınıb. Teqlər: "\u00d6lk\u0259 \u0259razisind\u0259 ya\u011f\u0131nt\u0131l\u0131 hava \u015f\u0259raiti davam edir - FAKT\u0130K\u0130 HAVA"