Menyu

Adil Kərimli Tacikistanın mədəniyyət naziri ilə görüşüb

Operativ Media
Adil Kərimli Tacikistanın mədəniyyət naziri ilə görüşüb
1 dəq oxu

Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 27-də Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen arasında ikitərəfli görüş olub.

Bu barədə Operativ Media-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına görə tacikistanlı həmkarına təşəkkür edən Adil Kərimli iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın ildən-ilə inkişaf etdiyini bildirib. Qarşılıqlı mədəniyyət günlərinin təşkili, beynəlxalq incəsənət layihələrində iştirakın əlaqələrin daha da dərinləşməsinə töhfə verdiyi vurğulanıb.

Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təşəkkür edib, "Bakı Prosesi"nin qlobal platforma kimi artan əhəmiyyətini vurğulayıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Əlaqəli Xəbərlər