Boşanma zamanı qızıl-zinət əşyaları necə bölüşdürülür? - QANUN
Nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına alınan geyim, ayaqqabı və digər fərdi istifadə əşyaları onları kimin istifadə etməsindən asılı olaraq həmin şəxsin mülkiyyəti sayılsa da, zinət əşyaları bu qaydadan istisnadır.
Operativ Media xəbər verir ki, nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına alınan fərdi istifadə əşyaları, o cümlədən geyim və ayaqqabı, ər-arvaddan kimin istifadəsində olubsa, həmin şəxsə məxsusdur.
Lakin qanunda zinət əşyaları ilə bağlı xüsusi istisna nəzərdə tutulur. Zinət əşyaları fərdi istifadə şeyləri üçün müəyyən edilmiş bu qaydaya daxil edilmir.
Bundan başqa, nikaha daxil olanadək ər və ya arvada məxsus olan əmlak həmin şəxsin ayrıca mülkiyyəti hesab olunur.
Nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında əldə edilən əmlak da onu əldə edən ər və ya arvadın ayrıca mülkiyyətindədir.
Digər əvəzsiz əqdlər üzrə əldə edilən əmlak da ər-arvadın ümumi mülkiyyətinə daxil edilmir və onu əldə edən şəxsin ayrıca əmlakı sayılır.