Menyu

Dünya çempionatı: Nihat Məmmədli finalda məğlub olub

Operativ Media
Dünya çempionatı: Nihat Məmmədli finalda məğlub olub
1 dəq oxu

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında gümüş medal qazanıb.

Operativ Media xəbər verir ki, 63 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda Ermənistan təmsilçisi Karen Aslanyanla üz-üzə gəlib.

Rəqibinə məğlub olan N.Məmmədli gümüş mükafatla kifayətlənib. Azərbaycan güləşçisi 2024-cü ildə Tiranada keçirilən dünya çempionatında qızıl mükafata sahib çıxıb.

Bu gün digər yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) üçüncü yer uğrunda görüşə çıxacaq.

Xatırladaq ki, mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb.

Əlaqəli Xəbərlər