Menyu

Azərbaycanın dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları tutulub

Operativ Media
Azərbaycanın dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları tutulub
1 dəq oxu

Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları saxlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat yayıb.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd edən 3 nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Əlaqəli Xəbərlər