Menyu

Pərviz Şahbazov: Azərbaycan qaz ixracının şaxələndirilməsini enerji təhlükəsizliyinə töhfə kimi qiymətləndirir

Operativ Media
Pərviz Şahbazov: Azərbaycan qaz ixracının şaxələndirilməsini enerji təhlükəsizliyinə töhfə kimi qiymətləndirir
1 dəq oxu

Azərbaycan təbii qazın beynəlxalq bazarlara etibarlı çatdırılmasını və ixrac marşrutlarının şaxələndirilməsini enerji təhlükəsizliyinə töhfəsinin əsas istiqamətləri kimi qiymətləndirir.

Operativ Media xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkə hesabında yazıb.

O, Moskvada keçirilən Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 8-ci Sammitində təbii qazın qlobal enerji təhlükəsizliyində artan rolunu, etibarlı təchizatın, uzunmüddətli investisiyaların və beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Nazir Azərbaycanın 16 ölkəyə qaz tədarük etdiyini, ixrac marşrutlarının şaxələndirilməsi və etibarlı tərəfdaşlıqların inkişafı ilə enerji təhlükəsizliyinə töhfə verdiyini qeyd edib.

Əlaqəli Xəbərlər