Menyu

"Qarabağ" Abbas Hüseynovla vidalaşıb

Operativ Media
"Qarabağ" Abbas Hüseynovla vidalaşıb
1 dəq oxu

“Qarabağ” FK futbolçu Abbas Hüseynovla yollarını ayırıb.

Operativ Media kluba istinadən xəbər verir ki, 2017-ci ildə “Qarabağ”a keçən müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

O, komanda ilə birlikdə 7 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.

Ağdam təmsilçisi futbolçuya kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Əlaqəli Xəbərlər