Menyu

Bakının 4 rayonunda işıq olmayacaq

Operativ Media
Bakının 4 rayonunda işıq olmayacaq
1 dəq oxu

Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə oktyabrın 28-də Bakının bir sıra ərazilərində təmir işləri aparılacaq.

Operativ Media xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, Yasamal və Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidməti ərazilərində bir sıra transformator məntəqələrində, eləcə də Sabunçu RETSİ-nin ərazisindəki 6 kV-luq hava xəttində təmir işləri görüləcək. Həmçinin Qaradağ RETSİ-nin ərazisində yeni komplekt transformator məntəqəsi (KTM) quraşdırılacaq.

Yasamal rayonunda saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Arif Muradov, Əsəd Əhmədov, İsfəndiyar Zülalov, Məhəmməd Xiyabani, Mirəli Seyidov, Murtuza Muxtarov və Şamil Əzizbəyov küçələrində, Azərbaycan prospektində, eləcə də Yeni Yasamalın 1 və 2-ci yaşayış massivlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Nəsimi rayonunun Rasim Səfərov küçəsində və 3-cü Alatava yaşayış massivinin bəzi ərazilərində saat 10:00-dan 12:00-dək elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq. Təmir işləri ilə əlaqədar saat 10:00-dan 14:00-dək Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən Şuşa şəhərciyində də elektrik enerjisinin verilişi dayandırılacaq.

Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 1-ci və 2-ci massivlərdə isə saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılacaq. Qeyd olunub ki, görülən işlər elektrik enerjisinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına və artan yük tələbatının qarşılanmasına xidmət edir.

Əlaqəli Xəbərlər