Menyu

Yağıntıların normadan artıq olması müşahidə olunur

Əsəd Abbaslı
Yağıntıların normadan artıq olması müşahidə olunur

Bakıda bu gün səhər saatlarından başlayan yağıntıların normadan artıq olması müşahidə olunur. Bu hal paytaxt küçələrində hərəkəti çətinləşdirib, bir sıra yerlərdə isə yollar yağış suları ilə dolub. Normadan dəfələrlə artıq yağıntının şəhərin kanalizasiya sisteminin xaric edə biləcəyi miqdardan xeyli artıq olduğu bildirilir.

"Operativ Media" xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşı Dəniz Məmmədli bildirib ki, məsələ ilə bağlı bu gün Bakı şəhər İcra Hakimiyyətində müşavirə keçirilib.

Xüsusi riskli ərazilərdə fövqəladə halların baş verməməsi üçün qabaqlayıcı tədbirlər müəyyənləşdirilib:

“Həmçinin Bakı Şəhər İcra hakimiyyəti təsərrüfat strukturları tərəfindən gün boyu aidiyyəti üzrə ADSEA-ə subasmalarla bağlı məlumatlar veriləcək”.

Mütəxəssislər qeyd edir ki, dünyanın heç bir şəhəri bundan sığortalanmayıb. Bildirilir ki, belə hallar son zamanlarda Avropa və dünyanın digər ölkələrində də müşahidə olunur. Misal üçün, İtaliyanın Siciliya bölgəsində, Avropanın digər şəhərləri və ya Rusiyada bəzi şəhərlər bu günlərdə təbii fəlakətlə üz-üzə qalıblar. Buna səbəb kimi bəzi alimlər qlobal iqlim dəyişikliyini də göstərirlər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər