Menyu

Ucarda ağır yol nəqliyyat hadisəsi olub, 3 nəfər ölüb

Əziz Əzizli
Ucarda ağır yol nəqliyyat hadisəsi olub, 3 nəfər ölüb

Ucar rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

"Operativ Media" “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Ucar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobili Gəncə istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə olan “KAMAZ” markalı yük maşınına çırpılıb. Zərbənin təsirindən avtomobildə yanğın baş verib.

Hadisə yerinə gələn FHN-nin Ucar rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası yanğını söndürüb.

Hadisə zamanı 3 nəfər ölüb. Ağır xəsarət alan 2007-ci il təvəllüdlü Qüddəsərova Səma Vüqar qızı isə əvvəlcə Ucar rayon Mərkəzi Xəstəxanasına daha sonra isə vəziyyəti ağır olduğundan onu Göyçay rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya edilib.

Faktla bağlı araşdırma aparılır

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər