ETSN: Ölkə ərazisində yağıntılı hava şəraiti gün ərzində tədricən kəsiləcək
Nərmin Qocamanlı
Ölkə ərazisində yağıntılı hava şəraiti gün ərzində tədricən kəsiləcək
Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən verilən məlumata görə, hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Xidmətin rəsmisi Gülnarə Abbasova "Operativ Media"ya bildirib ki, müşahidə olunan yağıntılı hava şəraiti oktyabrın 22-si günün ikinci yarısından Bakıda və Abşeron yarımadasında, axşam isə qərb rayonlarından başlayaraq əksər rayonlarda tədricən kəsiləcək.
“Oktyabrın 23-ü gündüz və 24-də ölkə ərazisində hava şəraitinin mülayimləşəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək”.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net