Menyu

“Azərbaycan Dəmir Yolları" QSC korporativ inkişaf strategiyası çərçivəsində biznes planını başa çatdırır

Redaksiya
“Azərbaycan Dəmir Yolları" QSC korporativ inkişaf strategiyası çərçivəsində biznes planını başa çatdırır

“Azərbaycan Dəmir Yolları" QSC korporativ inkişaf strategiyası çərçivəsində biznes planını başa çatdırır.

"Operativ Media" xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin Tədqiqat və İnkişaf Mərkəzinin rəisi vəzifəsini icra edən Orxan Əhmədzadə Bakıda keçirilən "Azərbaycanda Dəmiryol Texnologiyalarında İnnovasiyalar: Alman Şirkətləri üçün Tərəfdaşlıqlar və İmkanlar" adlı İnformasiya tədbirində bildirib.

"Biz korporativ inkişaf strategiyası çərçivəsində 36 təşəbbüs hazırlayırıq. Bu təşəbbüslər əsasında 2025-2027-ci illər üçün biznes planı üzərində iş aparılır və ümid edirik ki, plan cari ilin sonuna qədər təsdiq olunacaq. Bu, bizim qısa müddətli, orta müddətli və uzun müddətli gələcəyə baxışımızdır. Hədəfə doğru irəliləyərkən müxtəlif istiqamətlərdə baş verəcək dəyişikliklər və yeniliklər nələrdir, nəqliyyat planında və infrastrukturun, xətlərin xidmətinin, alternativ enerji mənbələrinin istifadəsi baxımından nə dəyişəcək", - o bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər