Minatəmizləyənlər əmək pensiyası ilə təmin olunacaqlar
Redaksiya
Minatəmizləyənlər əmək pensiyası ilə təmin olunacaqlar.
"Operativ Media" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, minatəmizləyənlərin pensiya təminatı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.