23.Oktyabr.2024, 11:49
İpoteka krediti nədir və onu necə almaq olar?
İpoteka krediti nədir və onu necə almaq olar? şəkil
İpoteka krediti nədir və onu necə almaq olar?

İpoteka krediti, ev sahibi olmaq istəyənlər üçün nəzərdə tutulmuş uzunmüddətli kredit növüdür. İpoteka krediti zamanı alınan mənzil girov kimi göstərilir, yəni borc ödənilmədikdə bank həmin mülkü ala bilər. Bəs vətəndanşan bu kredit haqqında nə bilir?

“Operativ Media” vətəndaşlar üçün maraqlı olan suallara aydınlıq gətirib:

Vətəndaş ipoteka kreditləri almaq üçün hara müraciət etməlidir?

İpoteka kreditini almaq üçün Elektron Hökumət Portalında ( www.e-gov.az) mövcud olan “Elektron ipoteka və kredit zəmanət” sisteminə gücləndirilmiş elektron imza (e-imza, asan imza) ilə qeydiyyatdan keçərək müraciət etmək olar.

İpoteka kreditləri almaq üçün minimal əmək haqqına tələb varmı?

Xeyr, əmək haqqına minimal tələb qoyulmamışdır.       

Kreditin alınmasında yaş məhdudiyyəti varmı?

Kreditin son ödəniş tarixinə borcalanın və ya birgə borcalanın yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən (kişilər-65 yaş, qadınlar-65 yaş) çox olmamalıdır. Yəni, kredit müqaviləsi bağlanan ana borcalanın 50 yaşı varsa, müqavilə 15 ildən artıq müddətə bağlanıla bilməz.

Mülkiyyətində yaşayış sahəsi olan şəxs ipoteka krediti ala bilərmi?

Bəli, həmin şəxslər də ipoteka kreditindən faydalana bilər.                                         

İpoteka krediti vasitəsi ilə rayonda yerləşən mənzil və ya ev almaq olarmı?

İpoteka kreditləşməsi Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir.

Torpaq sahəsi əldə etmək üçün ipoteka krediti almaq olar?

Xeyr, torpaq sahəsi almaq üçün ipoteka krediti verilmir.    

İpoteka krediti zamanı ilkin ödəniş mütləqdirmi?

Bəli. “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"na əsasən güzəştli ipoteka kreditinin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 90 faizindən, güzəştli ipotekaya aid olmayan kreditin məbləği isə 85 faizindən çox olmamalıdır. Belə ki, alınan yaşayış sahəsinin qiymətinin ən azı 15% -dək olan hissəsi (güzəştli kreditlər üçün ən azı 10%) borcalanın şəxsi vəsaiti hesabına ödənilməlidir. Borcalan tərəfindən ödənilən ilkin ödənişin məbləği müstəqil qiymətləndirici şirkətlər tərəfindən alınan yaşayış sahəsinin bazar dəyərinin qiymətləndirilməsi nəticəsində müəyyən olunur və satıcıya çatır.

Bir ailədən neçə nəfər ipoteka krediti ala bilər?

Ailə üzvlərinin maddi vəziyyəti imkan verdiyi, hər bir ailə üzvünün saxlanılması üçün xərc ödənildiyi halda ipoteka kreditinin verilməsinə dair heç bir məhdudiyyət qoyulmur. Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.

Ev tikdirmək üçün ipoteka krediti götümək olar?

Xeyr, ipoteka krediti evin tikintisi üçün deyil, yalnız fərdi yaşayış evi və ya çoxmənzilli yaşayış evində ayrıca mənzilin alınması məqsədilə verilir.

İpoteka kreditinin alınması üçün sənədlər tələb olunur?

İpoteka kreditini alan şəxsin şəxsiyyətini təsdiq edən sənəd və sənədin surəti, nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti, yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surətləri, iş yerini və gəlirləri təsdiq edən sənədlər tələb olunur.

Qeyd: Əgər vətəndaş güzəştli ipoteka kreditindən yararlanmaq istəyirsə, bu zaman  həmin şəxsin güzəştli kateqoriyaya aid olduğunu təsdiq edən sənəd istənilir (güzəştli ipoteka krediti bu şəxslər ala bilər).

Qeyd edək ki, adi ipoteka kreditinin maksimal məbləği 150 min, güzəştli kreditdə isə 100 min manatdır və həmin şəxs bu tələblərə cavab verməlidir.

Son xəbərlər
İsrail Dəməşqə 100-dən çox zərbə endirib
Rusiyada mənzildə baş verən yanğın nəticəsində 3 nəfər ölüb
ABŞ Almaniyada Ukrayna hərbçilərinə təlim keçir
Azərbaycanla Rusiya arasında Xəzər dənizi ilə bağlı görüş keçirilib
Avstriya Şengen zonasının genişlənməsinə qoyulan vetonu ləğv edib
Ərdoğan: Türkiyə hər zaman Suriyada sülhün, ədalətin və dialoqun tərəfdarı olub
Mirzoyan: Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesində irəliləyiş var
Suriya hökuməti istefa verməyə hazırdır