Menyu

Düyü məhsullarının satışı ilə məşğul olan şirkət cərimələnib

Nərmin Qocamanlı
Düyü məhsullarının satışı ilə məşğul olan şirkət cərimələnib

Düyü məhsullarının idxalı və satışı ilə məşğul olan "Xudafərin-1" MMC gömrük qaydaları ilə bağlı inzibati xətaya görə cərimələnib.

"Operativ Media"nın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 491.3-cü (Müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb. 

Hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, gömrük qaydaları ilə bağlı inzibati xətaya görə fiziki şəxslər 50 manatdan 100 manatadək məbləğdə, vəzifəli şəxslər 200 manatdan 300 manatadək məbləğdə, hüquqi şəxslər 400 manatdan 600 manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, "Xudafərin-1" MMC daha əvvəl digər inzibati xəta törətdiyinə görə cərimələnmişdir. 
 

Teqlər:

"D\u00fcy\u00fc m\u0259hsullar\u0131n\u0131n sat\u0131\u015f\u0131 il\u0259 m\u0259\u015f\u011ful olan \u015firk\u0259t c\u0259rim\u0259l\u0259nib"

Əlaqəli Xəbərlər