Menyu

Sabunçuda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanılıb

Nərmin Qocamanlı
Sabunçuda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanılıb

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər dəfələrlə məhkum olunmuş Kamran Rüstəmov saxlanılıb. Onun üzərindən külli miqdarda tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və narkotik vasitələrin satışında istifadə olunan elektron tərəzi aşkar edilib. 

Daxili İşlər Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. 
Polis əməkdaşları tərəfindən paytaxt və bölgələrdə narkotiklərə qarşı mübarizə tədbirləri davam etdirilir.

Teqlər:

"Sabun\u00e7uda narkotikl\u0259rin sat\u0131\u015f\u0131 il\u0259 m\u0259\u015f\u011ful olan \u015f\u0259xs saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər