23.Oktyabr.2024, 17:50
"Qaya Neqliyyat" MMC məcburi auditdən yayındığına görə cərimələnib
"Qaya Neqliyyat" MMC məcburi auditdən yayındığına görə cərimələnib şəkil
"Qaya Neqliyyat" MMC məcburi auditdən yayındığına görə cərimələnib

"Qaya Neqliyyat" MMC məcburi auditdən yayındığına görə cərimələnib. 

"Operativ Media"nın əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.  

Hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib. 

Xatırladaq ki, məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.   
 

Son xəbərlər
İsrail Dəməşqə 100-dən çox zərbə endirib
Rusiyada mənzildə baş verən yanğın nəticəsində 3 nəfər ölüb
ABŞ Almaniyada Ukrayna hərbçilərinə təlim keçir
Azərbaycanla Rusiya arasında Xəzər dənizi ilə bağlı görüş keçirilib
Avstriya Şengen zonasının genişlənməsinə qoyulan vetonu ləğv edib
Ərdoğan: Türkiyə hər zaman Suriyada sülhün, ədalətin və dialoqun tərəfdarı olub
Mirzoyan: Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesində irəliləyiş var
Suriya hökuməti istefa verməyə hazırdır