Menyu

Nazir bağçalarda aparılmış diaqnostik qiymətləndirmənin ilkin nəticələrindən danışıb

Nərmin Qocamanlı
Nazir bağçalarda aparılmış diaqnostik qiymətləndirmənin ilkin nəticələrindən danışıb
1 dəq oxu

"Məktəbəqədər təhsil müəssisələrində diaqnostik qiymətləndirmənin ilkin nəticələri göstərir ki, görülməli işlərimiz çoxdur".

"Operativ Media" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə keçirilən "Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı"nın açılış mərasimindən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib. 

O bildirib ki, diaqnostik qiymətləndirmələrin ilkin vəziyətinə göstərir ki, ümumi nəticəsi qənaətbəxş olan tərbiyəçilərlə yanaşı təkminləşdirilməyə ehtiyacı olanlar da var. 

"Bunun üçün təlimlər paketi hazırlanır", - deyə nazir qeyd edib. 

Əlaqəli Xəbərlər