Qaxda dələduzluq edən şəxs saxlanılıb
Nərmin Qocamanlı
Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş 38 yaşlı Ədalət Abdullayev saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Ə.Abdullayev zərərçəkənlərin etibarından sui-istifadə edərək onları işə düzəltmək, əlilliklə bağlı ev və avtomobil almaqda köməklik göstərmək kimi vədlərlə aldadıb. Bu kimi dələduzluq əməlləri ilə Ə.Abdullayev vətəndaşların 32 min manat pulunu ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Həmin şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net