Menyu

Azərbaycan Kuboku: "Araz-Naxçıvan" və "Marafon" növbəti mərhələyə yüksəliblər

Operativ Media
Azərbaycan Kuboku: "Araz-Naxçıvan" və "Marafon" növbəti mərhələyə yüksəliblər
1 dəq oxu

Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinə start verilib.

Operativ Media xəbər verir ki, "Araz-Naxçıvan" səfərdə "Şimal"la qarşılaşıb. Matç Demçenkonun yetirmələrinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.

Digər görüşdə isə "Marafon" "Zaqatala"nı qonaq edib. Sabirabad təmsilçisi 1:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

Bu gün daha 3 oyun baş tutacaq.

Əlaqəli Xəbərlər